Mühafizəçi Montellanı stadiona niyə buraxmayıb? – VİDEO
Avro 2024-ün 2-ci turu çərçivəsində baş tutan Portuqaliya ilə oyundan əvvəl Türkiyənin baş məşqçisi Vinçenzo Montella diqqət mərkzinə düşüb.
Aut.az xəbər verir ki, o, matçın keçirildiyi “Siqnal İduna Park” stadionuna daxil olmaqda çətinliklə üzləşib. Mühafizəçi Viçenzonu arenaya buraxmayıb. Buna səbəb italyan mütəxəssisin yaxasında akkredatsiyanın yer almaması olub.
Montella vəsiqəni tapdıqdan sonra onu gözətçinin gözünə kobud formada yaxınlaşdırıb. Ancaq mühafizəçi onun bu hərəkətini sakit formada qarşlayıb.
Qeyd edək ki, görüş Portuqaliya millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
