Maska Mbappeyə hansı problemi yaradır?
Fransa millsinin baş məşqçisi Didye Deşam futbolçusu Kilian Mbappe barədə danışıb.
Aut.az xəbər verir ki, fransalı mütəxəssis Mbappenin maska ilə oynamağa alışdığını, lakin qoruyucu vasitənin onun görmə qabiliyyətinə bir qədər mane olduğunu bildirib:
“Hər gün azalacaq bir hematoma var. Baxışına bir az mane olan maskaya alışır. Amma o, yaxşıdır”.
Qeyd edək ki, Mbappe Avro-2024-ün qrup mərhələsinin 1-ci turunun Avstriya ilə matçında (1:0) burnundan ağır zədə alıb. Bu səbəbdən Niderland ilə sonrakı oyunu (0:0) buraxıb. İyunun 25-də “xoruzlar” 3-cü turda Polşa ilə qarşılaşacaq. Kilianın bu görüşdə iştirak edəcəyi gözlənilir.
Aut.az
