Azyaşlı qız erməni futbolçunun əlindən tutmaqdan imtina etdi -VİDEO
Xəbər verdiyimiz kimi, AÇ-2024-ün seçmə mərhələsində 5-ci turun oyunları keçirilir. Bu dəqiqələrdə D qrupunda qərarlaşan Türkiyə millisi Ermənistan yığmasını qəbul edir.
Aut.az xəbər verir ki, qarşılaşmadan əvvəl maraqlı hadisə yaşanıb. Futbolçular meydana çıxarkən onlarla bərabər arenaya daxil olan azyaşlıların biri hər kəsi heyrətləndirib.
Azyaşlı türk qızı erməni futbolçunun əlindən tutmaqdan imtina edib. Erməni futbolçu nə qədər israr etsə də, azyaşlı əlini ona uzatmayıb.
