Avropa Çempionatı

Bu qapıçı AÇ-lərin tarixinə düşdü: Çexin 20 illik rekordu qırıldı

Niderland millisinin qapıçısı Bart Verbruggen Avropa çempionatlarının tarixinə düşüb.

Aut.az xəbər verir ki, “Brayton”un üzvü Avropa çempionatı matçında qapısının təmin edən ən gənc qapıçı olub. O, D qrupunun Fransa ilə 2-ci tur matçında (0:0) 21 yaş 307 günlüyündə iştirak etməklə nail olub.

O, 2004-cü ildə 22 yaş 38 gün olarkən Danimarkaya qarşı görüşdə qapısını toxunulmaz saxlayan keçmiş çexiyalı qapıçı Petr Çexin nailiyyətini geridə qoyub.

Aut.az