UEFA azarkeşlərə görə FSHF-ni cərimələdi
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) nəzarət, intizam və etik qurumu Albaniya Futbol Federasiyasını (FSHF) cərimələyib.
Aut.az xəbər verir ki, buna Avro-2024-ün qrup mərhələsinin ilk turunun İtaliya – Albaniya matçı ətrafında azarkeşlərin davranışları səbəb olub.
Oyundan sonra tribunadan yad əşyalar atan, pirotexniki vasitələri yandıran, meydançaya qaçan, həmçinin idman hadisəsinə uyğun gəlməyən təxribat xarakterli mesaj verən azarkeşlərin davranışı ilə bağlı FSHF-yə qarşı ittiham irəli sürülüb. Bütün pozuntulara görə ümumi cərimə 37375 avro təşkil edib.
Qeyd edək ki, iyunun 15-də Dortmundda keçirilən görüş italyanların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Aut.az
