Avropa çempionatını buraxacaq
Almaniyalı hakim Feliks Brix Bundesliqanın 12-ci turunun “Ayntraxt” – “Ştutqart” matçında (1:2) aldığı zədə səbəbindən 2024-cü il futbol üzrə Avropa çempionatını buraxa bilər.
Aut.az xəbər verir ki, onun oyunun 32-ci dəqiqəsində ayağı büdrəyib və dizinin çarpaz bağı qopub. Bərpa müddətinin nə qədər çəkəcəyi məlum deyil.
Ancaq iddia edilir ki, təcrübəli referi vətənində keçiriləcək Avro-2024-də iştirak edə bilməyəcək.
