İngilis və serb azarkeşlər bir-birinə girdi – VİDEO
Avropa çempionatının qrup mərhələsində keçiriləcək oyun ərəfəsində İngiltərə və Serbiya yığmalarının azarkeşləri arasında əlbəyaxa dava düşüb.
Aut.az “The Guardian”a istinadən xəbər verir ki, Helzenkirhendə (Almaniya) ingilis və serb azarkeşlər arasında toqquşma baş verdiyi bildirilir. Davanın səbəkarı İngiltərə milli komandasının azarkeşləri olub, onlar serblərin istirahət etdiyi bara hücum ediblər. İngilislər müxtəlif əşyalar atmağa başlayıblar. Dava başlayandan sonra 200 alman hüquq-mühafizə orqanı hadisə yerinə gəlib. İngilis azarkeşlər hadisə yerindən qaçıblar.
Xatırladaq ki, Serbiya və İngiltərə yığmaları arasında oyun Bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
