Krala cavab verdi: Bizim üçün heç bir əhəmiyyəti yoxdur
“Aston Villa”nın və İngiltərə yığmasının hücumçusu Olli Uotkins, Avropa çempionatının finalında İspaniya ilə oyun ərəfəsində İngiltərə kralı III Çarlzın ingilisləri qələbəyə çağıran sözlərinə rekaisya verib.
Aut.az xəbər verir ki, Kral qələbənin son dəqiqədə gələn möcüzə qolla və ya dramatik penalti seriyası ilə yox, daha rahat şəkildə qazanılmasını istəyib.
“Sonda qollar oyunu daha həyəcanlı edir, amma şəxsən deyərdim ki, necə qalib gəlməyin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Təki top rəqibin toruna daxil olsun”, – BBC Sport futbolçudan sitat gətirib.
Avro-2024-ün yarımfinalında Niderlandla oyunda Uotkins 90+1-ci dəqiqədə qələbə qolunu vurub. Əvvəlki pley-off matçlarında ingilislər əlavə vaxtda və penaltilərdə qələbə qazanıblar.
Aut.az
