Avropa Çempionatı

Avro-2024: Bu gün vəsiqəni kim təmin edəcək?

Avro-2024-ün seçmə mərhələsində bu gün 7-ci turun növbəti oyunları keçiriləcək.

Aut.az xəbər verir ki, B, F və J qruplarında 7 görüş baş tutacaq.

B qrupunda Fransa Niderlanda qalib gəlsə, Almaniyada təşkil olunacaq qitə birinciliyində iştirak hüququna yiyələnəcək. Həmçinin görüş heç-heçə nəticələnsə, digər matçda isə Yunanıstan İrlandiyaya məğlub olsa, fransızlar hədəfə çatacaqlar.

Azərbaycan millisinin yer aldığı F qrupunda gerçəkləşəcək Avstriya – Belçika qarşılaşmasının qalibi AVRO-2024-ə vəsiqə qazanacaq.

J qrupunda isə Portuqaliyanın məqsədinə çatması üçün evdə Slovakiyanı üstələməsi yetərli olacaq. Portuqallar heç-heçə etsələr, digər qarşılaşmada isə Lüksemburq İslandiyaya uduzsa, prineylilər final mərhələsinə yollana biləcək.

AVRO-2024: Seçmə mərhələ, VII tur
13 oktyabr

B qrupu
22:45. İrlandiya – Yunanıstan
22:45. Niderland – Fransa

1 Fransa 5 5 0 0 11 0 +11 15
2 Niderland 4 3 0 1 8 5 +3 9
3 Yunanıstan 5 3 0 2 10 5 5 9
4 İrlandiya 5 1 0 4 5 7 -2 3
5 Cəbəllütariq 5 0 0 5 0 17 -17 0

F qrupu
20:00. Estoniya – Azərbaycan
22:45. Avstriya – Belçika

1 Belçika 5 4 1 0 13 1 +12 13
2 Avstriya 5 4 1 0 12 4 +8 13
3 İsveç 5 2 0 3 11 8 +3 6
4 Azərbaycan 4 0 1 3 2 11 -9 1
5 Estoniya 5 0 1 4 2 16 -14 1

J qrupu
22:45. İslandiya – Lüksemburq
22:45. Portuqaliya – Slovakiya
22:45. Lixtenşteyn – Bosniya və Herseqovina

1 Portuqaliya 6 5 0 0 24 0 +24 18
2 Slovakiya 6 4 1 1 8 2 +6 13
3 Lüksemburq 6 3 1 2 7 16 -9 10
4 Bosniya və Herseqovina 6 2 0 4 5 9 -4 6
5 İslandiya 6 2 0 4 10 9 1 6
6 Lixtenşteyn 6 0 0 6 1 19 -18 0