Yoldaşlıq oyununda şok itki: Avro-2024-ü buraxacaq?
Polşa millisi Avropa çempionatı öncəsi ciddi itki ilə üzləşə bilər.
Aut.az xəbər verir ki, “Yuventus”un hücumçusu Arkadiuş Milik Ukrayna ilə yoldaşlıq oyunununda zədələnib. 30 yaşlı forvard 5-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb, yerinə Kasper Urbanski çıxıb. Əvəz olunduqdan sonra Milik yığmanın tibbi heyətinin köməyi ilə axsaya-axsaya soyunub-geyinmə otağına yollanıb.
Onun Avro-2024-də iştirak edib-etməyəcəyinə tibbi müayinələrdən sonra aydınlıq gələcək.
Qeyd edək ki, sözügedən görüş Polşa millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
