Biabırçı səhv edən Noyerə dəstək oldu – VİDEO
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Yunanıstanla yoldaşlıq oyununda (2:1) qapıçı Manuel Noyerin yol verdiyi səhvdən danışıb.
Aut.az xəbər verir ki, almaniyalı mütəxəssis təcrübəli qapıçını müdafiə edib:
“Hər kəs bunu etməyə çalışsa belə, bu məsələnin müzakirəsinə icazə verməyəcəyəm. Səhv baş verəndə bunun Manuelin günahı olduğunu söyləmək asandır. Reallıq budur – ardıcıl səhvlər oldu, üç böyük seyv etdi, hər şey qaydasındadır”.
Qeyd edək ki, Noyer 33-cü dəqiqədə qapısına doğru gələn yüngül zərbədən sonra topu uğursuz şəkildə rəqib futbolçunun ayağına tərəf uzaqlaşdırıb. Nəticədə görüşdə hesab açılıb.
