Bir qol vurdu, iki uğura imza atdı
“Bayern”in hücumçusu Harri Keyn klub karyerasındakı 300-cü qolunu vurub.
Aut.az xəbər verir ki, buna Bundesliqanın 4-cü turunun “Bayer”lə matçında hesabı açmaqla nail olub. Bu, naliyyət 505-ci matçında reallaşıb.
İngilis forvard Almaniya çempionatının yüksək divizionunda keçirdiyi ilk 4 matçda 4 dəfə fərqlənib. Bunu bacaran sonuncu futbolçu isə Miroslav Kloze olub. Almaniyalı sabiq hücumçu 2007-ci ildə buna imza atıb.
Qeyd edək ki, “Bayern” – “Bayer” matçı 2:2 hesabı ilə başa çatıb.
