Almaniya Səudiyyəyə etiraz etdi: Bekkenbauerə görə
Almaniya Futbol Federasiyası İspaniya Superkubokunun yarımfinal mərhələsinin “Real Madrid” – “Atletiko Madrid” (5:3) matçında Frans Bekkenbaeurun şərəfinə bir dəqiqəlik sükut zamanı azarkeşlərin fit çalması ilə bağlı Səudiyyə Ərəbistanı Futbol Federasiyasına etiraz məktubu göndərib.
Aut.az xəbər verir ki, bu barədə “Sport Bild” məlumat yayıb.
Xatırladaq ki, Bekkenbauer yanvarın 8-də 78 yaşında vəfat edib. Ümumilikdə, Frants klub səviyyəsində bütün turnirlərdə 620 oyun keçirib, 74 qol vurub və 75 məhsuldar ötürmə edib.
Həmçinin 1990-cı ildə Almaniya millisində məşqçi kimi Bekkenbauer Dünya Kubokunu, “Bavariya”da isə bir dəfə Bundesliqa və UEFA Kubokunu qazanıb.
Aut.az
