“Liverpul” Almaniya nəhəngləri ilə mübarizəyə qoşuldu: 21 yaşlı hücumçu üçün
“Liverpul” “Midtyulland”ın hücumçusu Frankulino Dju ilə ciddi şəkildə maraqlanır.
Aut.az xəbər verir ki, Kristian Folkın məlumatına görə, 21 yaşlı futbolçunun transfer dəyəri təxminən 25–30 milyon avro civarında qiymətləndirilir.
Bu mövsüm Dju Avropanın bir sıra aparıcı klublarının diqqətini çəkib. Onunla “Bavariya” və “Borussiya Dortmund” da maraqlanır. Bildirilir ki, Münhen klubunun idman direktoru Kristof Freund birbaşa olaraq həm futbolçu, həm də “Midtyulland”la əlaqə saxlayıb. Klubun idman direktoru Yakob Larsen də “Bavariya”nın rəsmi şəkildə sorğu göndərdiyini təsdiqləyib.
Beləliklə, “Midtyulland” yaxın zamanda ciddi transfer rəqabətinin mərkəzinə düşə bilər. “Liverpul”un Bundesliqa nəhəngləri ilə açıq transfer mübarizəsinə girməsi ehtimal olunur.
Frankulino Dju cari mövsümdə yüksək performansla yadda qalıb. O, 28 oyunda 21 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
