Üç ingilis klubu seneqallı uğrunda mübarizədə
“Mançester Yunayted” və “Nyukasl” “Ştutqart”ın hücumçusu Seru Quirassini transfer etməyə çalışırlar.
Aut.az xəbər veriir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Mənbənin məlumatına görə, hər iki ingilis klubu seneqallı futbolçu üçün “Ştutqart” təklif hazırlayır. Futbolçunun şəxsi şərtləri də müzakirə olunur. Qeyd olunur ki, serbiyalı hücumçu Aleksandr Mitroviçə əvəzləyici axtaran “Fulhem” 27 yaşlı hücumçunu transfer etmək üçün yarışa qoşula bilər.
Quirassi 2022-ci ildən “Ştutqart”da çıxış edir. Bu mövsüm forvard komandanın heyətində bütün turnirlərdə 12 oyun keçirib, 17 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Müqavilədə təzminat məbləği 17,5 milyon avrodur.
Aut.az
