Donnarummanın evinə basqın edən şəxs öldürüldü
“Mançester Siti”nin qapıçısı Cianluici Donnarummanın Parisdəki evinə basqınla bağlı saxlanılan şəxs həbsxanada vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
Donnarummanın evinə basqın onun hələ PSJ-də oynadığı dövrdə baş verib. Həbs olunan şəxs özünü kamerasında asılıb. Araşdırmalar nəticəsində məlum olub ki, cinayəti sifariş edən şəxslər onu aylarca işgəncə ilə üzləşdiriblər. Şübhəli məhkəmə prosesi ilə əlaqədar həbsdə idi.
Cianluici 2025-ci ilin avqust ayında Parisdən Mançestərə 30 milyon avro qarşılığında keçib.
Aut.az
