Dünya futbolu

Şevçenkonun adı dopinq qalmaqalında: İcazə verib ki…

Ukrayna Futbol Assosiasiyasının rəhbəri Andrey Şevçenkonun “Çelsi”nin yarımmüdafiəçisi Mixailo Mudrikin dopinq işində dolayısı ilə əli ola bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist İqor Burbas məlumat yayıb. Mənbənin sözlərinə görə, “mavilər”in yarımmüdafiəçisinə Ukrayna millisində kök hüceyrə vurulmasına icazə verən Şevçenko olub.

2024-cü ilin dekabr ayından Mudrik dopinq testi müsbət çıxdığına görə “Çelsi”nin oyunlarından kənarlaşdırılıb: futbolçunun bədənində Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən qadağan edilmiş meldonium preparatı aşkar edilib.

Mixail 2023-cü ilin yanvarından “Çelsi”də çıxış edir. Ümumilikdə yarımmüdafiəçi “mavilər”in heyətində bütün yarışlarda 73 oyun keçirib, 10 qol vurub və 11 məhsuldar ötürmə edib.

Aut.az