“Liverpul” Bundesliqadakı bu gənci gözaltı etdi – FOTO
“Liverpul” “Volfsburq”un 21 yaşlı müdafiəçisi Konstantinos Kulierakis ilə maraqlanır.
Aut..az xəbər verir ki, “Caught Offside” görə, “Tottenhem” də yunan müdafiəçini izləyir.
Nəşrin məlumatına görə, İngiltərə Premyer Liqasının hazırkı çempionu Kullerakisi İbrahima Konatenin əvəzedicisi kimi nəzərdən keçirir. Mətbuat daha əvvəl “Real Madrid”in bu yay mersisaydlıları tərk edə biləcək fransız müdafiəçi ilə maraqlandığını bildirmişdi.
Bu mövsüm “Volfsburq”un müdafiəçisi bütün yarışlarda klubun heyətində 10 matçda meydana çıxsa da, qol vura bilməyib. “Transfermarkt” portalının məlumatına görə, onun bazar dəyəri 25 milyon avrodur.
Aut.az

