Digər

Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli oldu

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.

Aut.az xəbər verir ki, Bu gün baş tutacaq açılış mərasimində Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.