Stadnik aeroportda məşhur futboçu ilə rastlaşdı – FOTO
Güləş üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının lideri Mariya Stadnik Ukrayna yığmasınınfutbolçusu Andrey Yarmolenko ilə görüşüb.
Aut.az xəbər verir ki, bu barədə titullu idmançı özünün instaqram səhifəsində paylaşım edib. Stadnik Kiyev “Dinamo”sunda çıxış edən həmyerlisi ilə Rumıniyanın paytaxtı Buxarestdəki hava limanında qarşılaşıb.
Fürsətdən istifadə edən güləşçi tanınmış hücumçu ilə şəkil çəkdirib.
Qeyd edək ki, Ukrayna millisinin üzvü olan Andrey Yarmolenko karyerası ərzində “Dinamo”dan başqa “Borussiya” (Dortmund), “Vest Hem” və “Əl-Əyn” klublarında da çıxış edib.

