Yeni müqavilə imzaladı: Karyerasının sonuna qədər
Belçikalı velosipedçi Vout van Aert “Team Visma” ilə yeni müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, idmançının yeni sözləşməsi karyerasının sonuna qədər komanda ilə əməkdaşlığı nəzərdə tutur. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Bu komanda unikaldır və artıq 5 ildir ki, buradayam. Mənə uyğun gəlir, hər şeyin belə qalmasını istəyirəm. Ona görə də həmişəlik buradayam. Xoş hisslərdir. Bu barədə çox düşünməli deyildim”.
Aut.az
