Digər

Əfsanə dekabrdan bəri ilk dəfə nişanlısını öpdü

On beş qat dünya çempionu, norveçli xizəkçi Yohannes Klebo İtaliyada keçirilən Olimpiya Oyunlarında 50 km marafonu başa vurduqdan sonra nişanlısı Pernilla Dosvik ilə aylar sonra ilk öpüşüb.

Aut.az xəbər verir ki, bu barədə idmançı özü jurnalistlərlə söhbətində bildirib.

– Bu gün qanunidir. Son gündür, ona görə də karantin ləğv edilib.

– Deməli, dekabrdan bəri ilk öpüş?

– Bəli. Gözəl idi.

İtaliyada keçirilən Olimpiya Oyunlarında Klebo fərdi və komanda sprintlərində, 10 km sərbəst vaxt sınağında, klassik marafonda, estafetdə və skiatlonda qalib gəlib. Norveçli idmançı qış idman növləri arasında rekord göstərici olan 11 qat Olimpiya çempionu olub.

Aut.az