Almaniya

“Borussiya” Emre Canla bağlı qərarını rəsmən açıqladı

Dortmund “Borussiya”sı kapitanı Emre Can ilə müqavilənin uzadıldığını açıqlayıb.

Aut.az xəbər verir ki, hazırlı sözləşmə 2025/26 mövsümünün sonunda başa çatmalı idi, yeni razılaşma isə 30 iyun 2027-ci il tarixinə qədər qüvvədə olacaq.

Hazırda 32 yaşlı Can fevralın sonlarında Bundesliqada “Bavariya”ya qarşı matçda sol dizində ön xaç bağını yırtdığı üçün bərpa prosesindən keçir.

Aut.az