Dünya futbolu

Argentina millisinin yoxlama oyunlarındakı rəqibi açıqlandı

Argentina millisi Mavritaniya və Zambiya yığmalarına qarşı yoldaşlıq oyunları keçirəcəyini rəsmən təsdiqləyib.

Aut.az xəbər verir ki, bu barədə “TNT Sports Argentina” məlumat yayıb.

Görüşlər müvafiq olaraq martın 27-si və 31-də baş tutacaq. Hər iki qarşılaşma Buenos-Ayresdə yerləşən “La Bombonera” stadionunda keçiriləcək.

Qeyd edək ki, Argentina millisinin Qvatemala ilə planlaşdırılan yoldaşlıq oyunu ləğv edilib.

Argentina yığması 2026-cı il dünya çempionatına hazırlaşır. Komanda J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq.

Aut.az