Klopp bu yığmanı çalışdırmağa hazırdır
“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp Almaniya millisinin növbəti məşqçisi olmağa hazırdır.
Aut.az xəbər verir ki, bu barədə “Diario AS” nəşri məlumat yayıb.
Lakin qeyd olunur ki, Klopp məşqçiliyə qayıtmağa tələsmir. Mütəxəssis milli komandanın hazırkı baş məşqçisi Yulian Naqelsmanna böyük hörmətlə yanaşır.
Kloppun “Real Madrid”də işləmək istəmədiyi də vurğulanır. 2026-cı il Dünya Kuboku gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək. Almaniya millisi Kot-d’İvuar, Kurasao və Ekvadorla birlikdə E qrupunda mübarizə aparacaq.
Aut.az
