Qardaşının izi ilə: Almaniya klubu Bellingem üçün hərəkətə keçdi
“Sanderlend”in yarımmüdafiəçisi Cob Bellingem karyerasını Almaniya çempionatında davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plattensburq məlumat verib .
“Leypsiq” İngiltərə millisinin və “Real”ın futbolçusu Cud Bellingemin qardaşı ilə maraqlanır. Artıq mümkün yay transferi ilə bağlı ilkin danışıqlar aparıb. Lakin “buğalar” hesab edir ki, “qara pişiklər”in hazırkı maliyyə tələbləri həddən artıq yüksəkdir. Lakin keçidin reallaşma ehtimalı yüksəkdir.
Cob Bellingemin “Sanderlend” ilə müqaviləsi 2028-ci ilə qədərdir. 19 yaşlı futbolçu bu mövsüm “ağ-qırmızılar”in heyətində bütün yarışlarda 34 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Cobun böyük qardaşı Cud də “Real”dan əvvəl Almaniyada, “Borussiya Dortmund”da çıxış edib.
Aut.az
