Yenə sıradan çıxdı: Bu dəfə topuq bağları…
“Bavariya”nın sağ cinah müdafiəçisi Saşa Boe yenidən sıradan çıxıb.
Aut.az xəbər verir ki, komanda ilə məşq zamanı sol ayağının topuq bağlarını zədələyib. Bu mövsüm ikinci dəfədir ki, futbolçu zədə səbəbindən heyətdən kənarda qalır.
Zədəsinin nə qədər ciddi olduğu hələlik məlum deyil. Mümkün bərpa müddətləri haqqında da məlumat yoxdur.
Müdafiəçi daha əvvəl menisküsün cırılması səbəbindən sentyabrdan noyabrın əvvəlinə qədər meydanlardan kənar qalıb.
Qeyd edək ki, Saşa bu mövsüm cəmi 8 oyun keçirə bilib. Boe rəqibə qol vurmasa da, iki məhsuldar ötürmə verib.
Aut.az
