Almaniya

Getmək istəyir

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix 2024-cü ilin yayında klubu tərk edə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Məlum olub ki, Münhen klubunun rəhbərliyi müqaviləni bu mövsümün sonuna qədər uzatmasalar, Kimmixi sata bilərlər. Futbolçunun hazırkı “pivəçilər”lə hazırkı sözləşməsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

“Barselona”nın yarımmüdafiəçi ilə maraqlandığı qeyd edilir. Kimmix özü də Bundesliqadan kənarda oynamaqda maraqlıdır.

Qeyd edək ki, Kimmix bu mövsüm yarımmüdafiəçi Bundesliqada “Bayern”in heyətində 11 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.