“Fənərbağça”nın baş məşqçisi istefa verdi
Yunanıstanlı Dimitris İtudis “Fənərbağça”nın baş məşqçi postunu tərk edib.
“2022/2023 mövsümünün əvvəlindən baş məşqçimiz olan Dimitris İtudislə yollarımızı ayırdıq. Dimitris İtudisə “Fənərbağça” ailəsinə verdiyi töhfəyə görə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayırıq”, – Türkiyə klubunun rəsmi saytında deyilir.
Cari Avroliqa mövsümündə “Fənərbaxça” 6 qələbə və 7 məğlubiyyətlə 13 oyundan sonra 12-ci yerdədir.
Aut.az
