İlin futbolçusu Vinisiusun şərhi: Yoxsulluq və cinayət gördüm, indi isə…
“Real Madrid”in və Braziliya millisinin cinah oyunçusu Vinisius Junior “The Best” mərasimində 2024-cü ilin ən yaxşı futbolçusu mükafatını aldıqdan sonra hisslərini bölüşüb.
“Mənə səs verən insanlara: futbolçulara, məşqçilərə, azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu səhnədə durmağım qeyri-mümkün görünürdü. Mən yoxsulluq və cinayət gördüyüm kiçik bir şəhərdən gəlirəm. İndi isə buradayam”, – deyə Vinisius mükafatı aldıqdan sonra bildirib.
Aut.az
