Ançelotti həyacan təbili çaldı: Fövqəladə vəziyyətdəyik
“Real”ın baş məşqçisi Karlo Ançelotti komandadakı zədəli futbolçulardan danışıb.
Aut.az xəbər verir ki, İtaliyalı mütəxəssis vəziyyətinin son dərəcə pisləşdiyini bildirib:
“Biz tamamilə fövqəladə vəziyyətdəyik. Davi Alaba, Antonio Rudiger, Dani Karvaxal, Militao… Sizcə, Valverdeni yarımmüdafiədə oynamaq istəməzdim? Və ya Orelyen Çuamenini… Müdafiədə onları oynadım, yoxsa Karvaxal, Militao və Alabanı? Təbii ki, hər şeyin yaxşı olmasını istəyərdim. Amma indi əlimizdə olanlarla davam etməliyik”.
Aut.az
