“Real”ın ulduzu 3 ildən sonra milliyə çağırıldı
“Real”ın yarımmüdafiəçisi Brahim Diaz Kolumbiya və Braziliya ilə yoldaşlıq oyunları üçün İspaniya millisinə çağırılacaq.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Ötən mövsüm mətbuatda Diazın İspaniya millisində şans qazanmadığı üçün Mərakeş millisində oynaya biləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Futbolçu “matadorlar”ın heyətinə düşə bilmədiyi üçün yığmanı dəyişmək fikrinə düşdüyü bildirlirdi.
O, “Real”a 2019-cu ilin yanvarında “Mançester Siti”dən keçib. Oyunçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Yarımmüdafiəçi son iki mövsümü icarə əsasında “Milan”da keçirib.
