Yeni müqavilə təklif edirlər: Bu şərtlə
“Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə yeni müqavilə təklif edəcəyi barədə məlumat vermişdik.
Aut.az “Cope” nəşrinə istinadən xəbər verir ki, Madrid klubu argentinalı çalışdırıcı ilə müqavilənin müddətini yeniləyəcək. 53 yaşlı mütəxəssisin sözləşməsi daha 3 il müddətinə artırılacaq.
Yeni müqavilədə xüsusi bənd də yer alacaq. Paytaxt təmsilçisi Çempionlar Liqasına vəsiqə qazana bilməsə, argentinalı baş məşqçi təzminatsız istefaya göndəriləcək.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir.
