“Barselona”da ən yüksək maaşı o alırmış
“Barselona”da ən yüksək məvacib alan futbolçusunun adı müəyyənləşib.
Aut.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.
Kataloniya klubunun üzvləri arasında ən yüksək maaşı mövsümdə təxminən 32 milyon avro qazanan polşalı hücumçu Robert Levandovski alır.
Bu mövsüm 36 yaşlı Levandovski bütün turnirlərdə 9 matçda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
“Transfermarkt” portalına görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.
