İspaniya

Rivaldo onu “Barsa”da görmək istəyir: Amma özü də bilir ki….

“Barselona”nın sabiq forvardı Rivaldo “Atletiko”nun hücumçusu Julian Alvaresi Kataloniya klubunda görmək istədiyini bildirib.

“Julian əla oyunçudur və mən onu “Barselona”da görmək istərdim. Amma indiki şəraitdə “Barsa”nın belə bir transferin öhdəsindən gələ biləcəyinə baxmaq lazımdı. Hər şey klubdan, xüsusən də maliyyə aspektində ətraflı təhlildən və bu transferin necə həyata keçiriləcəyindən asılı olacaq. Amma bəli, onun burada olmasını çox istərdim”, – Rivaldonun sözlərini “Mundo Deportivo” sitat gətirib.

25 yaşlı Alvares 2024/2025 mövsümündə “Atletiko”nun heyətində bütün turnirlərdə 43 oyun keçirib, 22 qol vurub və 5 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı argentinalının transferini 79,5 milyon avro qiymətləndirir.

Aut.az