“Liverpul” onu “Barsa”nın futbolçusu ilə əvəzləyəcək?
“Liverpul” “Barselona”nın fransalı müdafiəçisi Jül Kunde ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Fichajes.net” saytı məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Barsa” 25 yaşlı futbolçunu mövsüm bitdikdən sonra azad agent kimi “Real”ə keçməyi gündəmdə olan Trent Aleksandr-Arnoldun əvəzləyicisi kimi görür.
Bu mövsmü Jül Kunde klub səviyyəsində 12 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” futbolçunun dəyərini 55 milyon avro qiymətləndirir.
Aut.az

