Azərkeşin ölümünə görə yarımçıq qalan oyun nə vaxt keçiriləcək?
Azarkeşin ölümünə görə yarımçıq qalan İspaniya La Liqasının 16-cı turunun “Qranada” – “Atletik Bilbao” matçının yeni tarixi müəyyənləşib.
Aut.az xəbər verir ki, qarşılaşma bu gün – dekabrın 11-i davam etdiriləcək. Bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
“Nuevo Los Karmenes” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 00:00-da baş tutaca. Görüş yarımçıq qaldığı 17-ci dəqiqədən başlayacaq.
Xatırladaq ki, oyun 17-ci dəqiqədə qonaqların xeyrinə olarkən dayandırılıb. Yeganə qolu altıncı dəqiqədə İniqo Lekenin ötürməsindən İnyaki Uilyams vurub.
