Ramos hələ də axtarır: Bu dəfə…
“Real”ın və İspaniya yığmasının sabiq müdafiəçisi Serxio Ramos “Boka Xuniors”la müqavilə imzalaya bilər.
Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 38 yaşlı ispaniyalı Argentina klubuna keçmək üçün danışıqlar aparır.
Ramos “Sevilya” ilə müqaviləsini başa vurduqdan sonra iyul ayından azad agent statusundadır. Müdafiəçi karyerası ərzində PSJ və “Real”da da çıxış edib.
