İtaliya

“Milan” ona ultimatum verdi

“Milan”rəhbərliyi baş məşqçi Paulo Fonsekaya onun taleyinin qarşıdakı oyunlarından asılı olduğunu bildirib.

Aut.az xəbər verir ki, “Calciomercato”nun məlumatına görə, məşqçi ilə söhbəti icraçı direktor Zlatan İbrahimoviç aparıb.

Klub funksioneri izah edib ki, komandanın zəif nəticələrindən hamı narazıdır və “Napoli” ilə son matç (0:2) ümumiyyətlə mövsümün əvvəlində məşqçinin düzgün seçilməsinə şübhələr yaradır.

İtaliya klubunun rəhbərliyində də yer alan Cefri Monkada və Corcio Furlani Fonsekanı həm futbol meydançasında, həm də paltardəyişmə otağında vəziyyəti dəyişməyə çağırıblar.

Aut.az