İtaliya

“Yuve” rəsmən açıqladı: Yeni mövsümdə baş məşqçi kim olacaq?

İqor Tudor gələn mövsüm “Yuventus”un baş məşqçisi postunda qalacaq.

Aut.az xəbər verir ki, bu barədə “Yuventus”un baş direktoru Damyen Komolli bildirib.

Xorvatiyalı mütəxəssisin klublararası dünya çempionatından sonra “Yuventus”u tərk edə biləcəyi daha əvvəl bildirilirdi.

Komolli mətbuat konfransında “İqor Tudor 2025/26 mövsümündə baş məşqçimiz olacaq. Biz əməkdaşlığımızı davam etdiririk” deyib.

Tudor 2025-ci ilin martında “Yuventus”un başına keçib. Komanda 2024/25 mövsümünü A Seriyasında dördüncü yerdə başa vurub.

Aut.az