Dünya futbolu

Abramoviç etiraf etdi: Belə vidalaşmaq istəyir

“Çelsi”nin keçmiş sahibi Roman Abramoviç London klubu ilə vidalaşmaq istədiyini etiraf edib.

Aut.az xəbər verir ki, Abramoviç başqa peşəkar komandaya sahib olmaq imkanını istisna edib.

“Bəlkə bir gün elə bir vəziyyət yaranacaq ki, mən bir matçda iştirak edib normal qaydada vidalaşa biləcəm, başqa heç nə.

Mən futbol klubunda heç bir rolla, xüsusən də peşəkar rolla maraqlanmıram.

Nəyisə dəyişə biləcək bir təşəbbüs olsaydı, yəqin ki, akademiyaların və gənclərin işinə kömək edə, çətin ailələrdən olan insanlara daha çox imkan yarada bilərdim.

Ancaq klubda sahiblik və ya peşəkar rola gəldikdə, mən bu həyatda bununla kifayətləndim”, –  Abramoviç “Daily Mail”ə deyib.

Abramoviç 2022-ci ildə Ukraynada baş verən hadisələrdən sonra Böyük Britaniya hökumətinin bir neçə oliqarxın aktivlərini dondurmasından sonra sanksiyaya məruz qalıb. Həmin ilin mayında Abramoviç “Çelsi”ni ABŞ investoru Todd Boeli və “Clearlake Capital”ın rəhbərlik etdiyi konsorsiuma satıb.

Aut.az