İtaliya

Prezident onun namizədliyindən imtina etdi

Antonio Konte “Napoli”nin yeni baş məşqçisi olmayacaq.

Aut.az xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” nəşri məlumat yayıb.

Onların məlumatına görə, “Napoli”nin prezidenti Aurelio De Laurentis Kontenin komanda ilə işləmək üçün razılığını alıb, lakin sonda onun namizədliyindən imtina etmək qərarına gəlib.

Hazırda “Napoli”nin növbəti mövsümdə baş məşqçi postuna əsas namizədlər mövsümün sonunda klubu tərk edəcək “Milan”ın hazırkı baş məşqçisi Stefano Pioli, həmçinin Belçika millisində çalışan Domeniko Tedeskodur.

Aut.az