Azərbaycan futbolu

Millimizin Albaniya ilə matçının vaxtı açıqlandı

Azərbaycan milli komandasının iyunun 7-də Albaniya yığmasına qarşı Macarıstanda keçiriləcək beynəlxalq yoldaşlıq görüşünün məkanı və başlama saatı müəyyənləşib.

Aut.az xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 21:00-da “Haladas SportKomplexum” stadionunda baş tutacaq. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.