Fiziyev oktaqona nə vaxt qayıdacaq?
UFC-də çıxış edən azərbaycanlı döyüşçü Rafael Fiziyev açıqlama verib.
Aut.az xəbər verir ki, oktaqona nə vaxt qayıtmağı planlaşdırdığından danışıb:
“Bu ilin sonuna qədər qayıtmaq istəyirəm. Rəqibə gəlincə, reytinqdə ad və ya yer haqda düşünmürəm. Mənə debütant versələr belə, fərq etməz. Mən özümə inanıram və ilk 15-likdə olan istənilən oğlanla döyüşməyə hazıram. İstənilən döyüşə hazıram”.
Xatırladaq ki, Fiziyev Mateuş Qamrotla döyüşün ikinci raundunda dizinin çarpaz bağı qopduğu üçün mübarizəni davam etdirə bilməyib. Bu, ötən ilin sentyabr ayında Las-Veqasda (ABŞ) “UFC Fight Night 228” turnirində baş verib.
