Qaydasız döyüş

Umar Nurməhəmmədov məhv olub: Görün gürcüyə nə deyib

Gürcü döyüşçü, yüngül çəkidə UFC çempionu Merab Dvalişvili rusiyalı Umar Nurməhəmmədova münasibətindən danışıb.

Aut.az xəbər verir ki, Dvalişvili bu barədə Daniel Kormeyə müsahibəsində deyib.

Yanvarda Dvalişvili UFC titulunu qorumaq üçün yekdil qərarla Nurməhəmmədovu məğlub etdi.

“UFC Umara yüksək səviyyəli döyüşçü Kori Senhagenlə döyüş təklif edəndə o, boş danışmağa, mənə və digər döyüşçülərə qarşı hörmətsizlik etməyə başladı. Biz görüşəndə ​​o, üzümə dedi ki, sən qocalmısan, Dominik Kruz qocadır, Henri Sehudo qocalıb. Mən səninlə döyüşmək istəyirəm.

Mən isə dedim ki, kəmər uğrunda döyüşmək istəyirəm, səninlə yox, çünki sən reytinqdə daha aşağısan. Umar məhv olub”, – Dvalişvili deyib.

Merab Dvalişvili MMA üzrə 24 döyüş keçirib və 20-də qalib gəlib. Umar Nurməhəmmədov 19 döyüşün 18-də qalib gəlib.

Aut.az