Sevgilisinin onu necə aldatmasından danışdı
Yüngül çəkidə UFC çempionu Aleks Pereyra maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, sevgilisi Merle Kristinanın evli olduğunu biləndə necə məyus olmasından danışıb:
“İndi bu barədə danışmaq bir az çətindir. Bu insanı artıq həyatımdan çıxarmışam. Pərəstişkarlarımdan da bunu etmələrini xahiş edirəm. O, güvəndiyim insan idi. Onu evimə gətirdim, ailəmlə tanış etdim. Və sonra evli olduğunu bildim”.
Xatırladaq ki, Nyu-Yorkda (ABŞ) UFC 295 turnirində baş tutan sonuncu döyüşdə Pereyra çexiyalı Jiri Proçazka ilə qarşılaşıb. Qarşıdurma braziliyalı döyüşçünün ikinci raundda erkən qələbəsi ilə başa çatıb. Qələbə sayəsində Pereyra yüngül çəkidə çempionluq kəmərinə sahib olub.
