Qaydasız döyüş

Amerikalı qadın döyüşçü: Həmzət mənim ürəyimi qırdı

Amerikalı UFC döyüşçüsü Kayla Harrison rusiyalı Həmzət Çimayevin avstraliyalı Robert Uittaker üzərində qələbəsi ilə bağlı təəssüratlarını bölüşüb.

Oktyabrın 26-da Çimayev Abu Dabidə (BƏƏ) keçirilən UFC 308 turnirində ilk raundda Uittakeri məğlub edib.

“Mən nə deyə bilərəm? Həmzət vəhşidir. Amma təbii ki, Çimayev mənim ürəyimi qırdı, çünki Robert Uittakeri sevirəm”, – Harrison “Overdogs Podcast”a müsahibəsində deyib.

Həmzət Çimayev MMA-da 14 döyüş keçirib və 14 qələbə qazanıb. O, UFC reytinqində 3-cü yerdədir.

Aut.az