Cinsi təcavüzlə bağlı şikayəti rədd edildi
Məşhur irlandiyalı döyüşçü Konor Makqreqorun cinsi zorakılıq işində şikayəti rədd edilib.
Aut.az xəbər verir ki, bu barədə “The Geardian” məlumat yayıb.
İrlandiyanın Apellyasiya Məhkəməsi onu zorlamada ittiham edən Nikita Hendə qarşı verilən təzminatın ləğvi ilə bağlı şikayəti rədd edib.
Hend döyüşçünün 2018-ci il dekabrın 9-da ona cinsi təcavüz etdiyini iddia edir. Keçən il münsiflər heyəti Makqreqora demək olar ki, 250.000 avro təzminat ödəməyi əmr edib.
İrlandiyalı iddiaları rədd edib və Hend ilə “razılı” cinsi əlaqədə olduğunu deyib.
Aut.az
