Qaydasız döyüş

700 min dollarlıq kuponu “yandı”

Dreyk kimi tanınan reper Obri Qrem yenə mərc etməyi ilə diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, UFC 297 turnirin əsas döyüşünə – Şon Striklend və Drikus Du Plessis qarşıdurmasına böyük məbləğdə mərc edib. Dreyk sosial şəbəkə hesabında  Striklendə 700.000 dollarlıq mərc etdiyinə dair kuponun ekran şəklini yerləşdirib. Şon qalib gələcəyi halda ,onun uduşu 1 milyon 379 min dollar olacaqdı.

Dreykin mərci uğursuz olub. Çünki Plessis rəqibini xal hesabı ilə məğlub edib.