Qaydasız döyüş

Rafael Fiziyev gürcünün çağırışına cavab verdi

UFC-nin məşhur azərbaycanlı döyüşçüsü Rafael Fiziyev fevralın 1-də Səudiyyə Ərəbistanında keçiriləcək turnirdə döyüşmək təklifi ilə ona müraciət edən gürcü-isveçli döyüşçü Quram Kutateladzenin çağırışına cavab verib .

Aut.az xəbər verir ki, Fiziyev sosial şəbəkədəki səhifəsində yazıb: “Bu ideya mənim xoşuma gəlir, amma artıq döyüşüm var”.

Xatırladaq ki, 31 yaşlı Fiziyev sonuncu döyüşünü 2023-cü ilin sentyabrında keçirib, daha sonra dizindən aldığı zədə səbəbindən polyak Mateuş Qamrota texniki nokautla məğlub olub, bundan sonra bir ildən çox oktaqona çıxa bilməyib.

32 yaşlı Kutateladze sonuncu dəfə 2024-cü ilin avqustunda oktaqona daxil olub və orada yekdil qərarla Cordan Vuçeniçə qalib gəlib.

Aut.az